Baş məşqçinin cəzasının üzərinə 5 oyun da əlavə edildi

21:35 - 14 Dekabr 2024

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda II Liqanın XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

10 dekabr 2024-cü il tarixində II Liqada XII turun “Ağdaş” – “Qusar” oyununun 47-ci dəqiqəsində “Ağdaş” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Ağdaş” komandası 150 manat cərimə edilir (maddə 52.2);

10 dekabr 2024-cü il tarixində II Liqada XII turun “Ağdaş” – “Qusar” oyununun 89-cu dəqiqəsində “Ağdaş” komandasının cəzalı baş məşqçisi Ruslan Hüseynov meydançaya daxil olduğuna, hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilir (maddə 43.4);

10 dekabr 2024-cü il tarixində II Liqada XII turun “Göygöl” – “Dinamo” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37);

10 dekabr 2024-cü il tarixində II Liqada XII turun “Göygöl” – “Dinamo” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70 manat cərimə edilir (maddə 37);

10 dekabr 2024-cü il tarixində II Liqada XII turun “Hypers Guba” – “Kür-Araz” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 74.1);

13 dekabr 2024-cü il tarixində II Liqada XII turun “Lerik” – “Saatlı-Araz” oyununun 76-cı dəqiqəsində “Lerik” komandasının 20 nömrəli futbolçusu Elvin Cahangirli təcavüzkar davranışa (rəqibi başla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Lerik” komandası 300 manat cərimə edilir (maddə 40.3).

Xəbər xətti