Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
Sportal.az xəbər verir ki, buna səbəb "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda "Elfsborq"a uduzmasıdır (0:1).
Hazırda Azərbaycan 19,625 əmsalla 28-ci pillədədir.
Son turda "Ludoqorets” "AZ Alkmaar"la (2:2) oynayıb ki, bununla da Bolqarıstanın (19.625) Azərbaycana çatıb.
Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən 27-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi