İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kilian Mbappe sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı forvard Çempionlar Liqası Liqa fazasının 6-cı turunun "Atalanta" ilə səfər matçında (3:2) zədələnib. 25 yaşlı futbolçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kilian Mbappe mövsümün əvvəlində "Real"a keçib. Fransa millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 22 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi