"Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır".
Sportal.az xəbər verir ki, bunu AVRO-2026-nın əsas mərhələsində İsveçlə üz-üzə gələcək Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov jurnalistlərə açıqlamasında deyib. O, Bakıda təlim-məşq toplanışı keçən yığmanın qarşıdakı görüşə yüksək səviyyədə hazırlaşdığını söyləyib:
"Heyətimizdə iki zədəli futzalçı var. Emin Kürdov və Kənan Manafov İsçevlə matçda bizə kömək edə bilməyəcəklər. Bununla belə, hazırlıq yüksək səviyyədə davam edir. Yaxşı toplanış keçdik. İsveçə qalib gələ bilərik. Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır".
Qeyd edək ki, Azərbaycan - İsveç oyunu dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək və matça saat 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi