"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo yenidən İngiltərədə çalışa bilər.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin "Vulverhempton"u çalışdırmaq ehtimalı var. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mourinyonun "Fənərbaxça" ilə müqaviləsində 5 milyon avroluq sərbəstqalma bəndi var. "Vulverhempton" bu məbləği ödəyib 61 yaşlı məşqçini komandaya gətirmək istəyir.
Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub və Türkiyə klubu ilə 2 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.
saytlarin hazirlanmasi