"Fransa çempionatının "Kəndli Liqası" olduğunu düşünən insanlar var"

20:12 - 12 Dekabr 2024

"Arsenal"ın fransalı müdafiəçisi Villiam Saliba ölkəsinin klubları haqda danışıb.

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu Fransa çempionatının zəif olduğunu düşünənlərə cavab verib. Saliba Liqa 1-in hörmətə layiq çempionat olduğunu bildirib:

"Çempionlar Liqasında "Brest", "Lill" və PSJ qələbə qazandı. Onların qalib gəldiyini görmək gözəldir. Çünki Liqa 1-ə hörmət etməyənlər mövcuddur. İngiltərədə belə Fransa çempionatının "Kəndli Liqası" olduğunu düşünən insanlar var. Fransa klublarınn qələbə qazandığını görəndə sevinirəm. Ümid edirəm hamısı növbəti mərhələyə keçər".

Qeyd edək ki, "Arsenal" Çempionlar Liqası Liqa fazasının 6-cı turunda Fransanın digər təmsilçisi "Monako"nu 3:0 hesabı ilə məğlub edib.

Xəbər xətti