"Milan" Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda doğma meydanda "Srvena Zvezda"nı 2:1 hesablı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, İtaliya təmsilçisinin baş məşqçisi Paulo Fonseka qələbəyə baxmayaraq, komandadan narazı qalıb. O, futbolçulara iradlarını bildirəcəyini deyib:
"Əlbəttə nəticədən razıyam. Çempionlar Liqasında ardıcıl 4-cü qələbəmizi qazandıq. Daha da irəli getmək üçün yaxşı şansımız var. Amma komanda olaraq etdiklərimizi bəyənmədim. Meydanda hər şeyimizi verməliyik. Detallara girmək istəmirəm. Düşündüyüm hər şeyi futbolçulara deyəcəm. Əsəbi deyiləm, amma məyusam. Komandada istədiyim heç nəyi görə bilmədim".
saytlarin hazirlanmasi