Rusiya Futbol İttifaqının İntizam Komitəsi "Krasnodar"ın baş məşqçisi Murad Musayevi cəzalandırıb.
Sportal.az xəbər verir ki, qurum 41 yaşlı müətəxsissi 1-i şərti olmaqla 2 oyunluq diskvalifikasiya edib.
Murad Musayev Premyer Liqanın 18-ci turunun "Lokomotiv"lə matçında (0:0) hakim qərarına etiraz edib. O, daha sonra nalayiq ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub. İntizam Komitəsi buna görə rusiyalı məşqçiyə 2 oyunluq cəza verib.
Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə Azərbaycanda "Sabah"ən baş məşqçisi olub.
saytlarin hazirlanmasi