"Sabah" Misli Premyer Liqasının 17-ci turunda səfərdə lider "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbə idi.
- "Sabah"a gəldikdən sonra nəyi dəyişmisiz ki, qələbələri sıralayırsız?
- Hələ ki, biz işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır.
- Murad Musayev "Sabah"ı ziyarət etdi. Maraqlıdır, daha çox "Sabah"ı, yoxsa Rusiya futbolunu müzakirə etdiniz?
- Biz daha çox "Sabah"ı və "Krasnodar"ı müzakirə etdik. Məşq proseslərindən, Azərbaycanda və Rusiyada futbolçuların işə yanaşmasından danışdıq.
- Qış hazırlıq planı necədir?
- Biz Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa vaxt olurdu. İki həftə hazırlaşacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi