Braziliya millisinin üzvü "Barselona"ya keçir

11:48 - 13 Dekabr 2024

"Monako"nun müdafiəçisi Enrike Kayo "Barselona"nın maraq dairəsindədir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı üçün indidən hərəkətə keçib.

27 yaşlı müdafiəçi 2020-ci il iyunun 30-dan "Monako"nun formasını geyinir.

Onun Fransa təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-da başa çatacaq. "Barselona" yayda onu transfer etməyi planlaşdırır.

Braziliya millisinin üzvü “Atletiko”(Madrid), “Parana”, “Fluminense”, “Qremio” klublarında da çıxış edib.

Xəbər xətti