"Araz-Naxçıvan" "Qarabağ"la çempionluq uğrunda mübarizə apara bilər"

14:46 - 13 Dekabr 2024

"Ötən mövsüm uzun müddətdən sonra Premyer Liqada oynayırdıq. Ona görə də zamana ehtiyacımız var idi ki, hər şey öz yerini tapsın. Klubun çox yaxşı rəhbərliyi var. Daim komandanın yanındadır. Bütün bunlar da öz bəhrəsini indi verir”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Elvis Maşike deyib. Ötən mövsüm “Araz-Naxçıvan”ın hücumçusu olmuş Maşike komandanın bu mövsüm Misli Premyer Liqasındakı performansını dəyərləndirib.

Hazırda Şimali Makedoniyanın “Qostivar” klubunun formasını geyinən 30 yaşlı hücumçu “Araz-Naxçıvan”ın Premyer Liqada turnir cədvəlinə rəhbərlik etməsi haqda bunları deyib:

"Araz-Naxçıvan” “Qarabağ”la çempionluq uğrunda mübarizə apara bilər. Çünki komandada yaxşı futbolçular toplaşıb, yaxşı klubdur.  “Araz-Naxçıvan” istənilən klub üçün yaxşı rəqibdir”.

O, yenidən Azərbaycana qayıtmağa müsbət yanaşdığını da söyləyib:

"Hazırda yaya qədər müqaviləm var. Amma heç vaxt heç vaxt demirəm. Çünki futbolda hadisələrin necə cərəyan etdiyini heç vaxt ehtimal etmək olmur. Azərbaycan klublarından təklif almamışam. Bəzi matçları və Premyer Liqanı izləməkdən həzz alıram”.
 

Xəbər xətti