İsveçin “Elfsborq” klubunun baş məşqçisi Oskar Hilyemark Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda “Qarabağ” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Sportal.az “SVT Nyheter” ə istinadən xəbər verir ki, isveçli mütəxəssis Ağdam klubunu məğlub etməkləri haqda bunları deyib:
"İkinci hissədə çox yaxşı çıxış etdik. Qoldan sonra daha cəsarətli olduq və kompakt oynadıq. Bu, çox yaxşı idi. “Qarabağ” buraxdığı qoldan sonra təzyiq var idi. Bundan əvvəl "Roma"ya qarşı bütün 90 dəqiqə eyni futbolu oynamışdıq (1:0). Ona görə də tam sakit idim".
saytlarin hazirlanmasi