İslandiya milli futbol komandasının kapitanı Yohan Berq Qudmundsson DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindən sonra komandasının D qrupunda Azərbaycan, Ukrayna haqda danışıb.
Sportal.az "mbl.is" portalına istinadən xəbər verir ki, islandiyalı futbolçu Azərbaycan millisi haqda məlumatsız olduqlarını deyib:
"Bu, çətin, lakin eyni zamanda çox maraqlı qrupdur. Azərbaycan millisini yaxşı tanımırıq. Amma onlar haqda məlumat toplamaq üçün imkanımız olacaq. Bununla belə, qarşıda hələ çox yolumuz var".
Qudmundsson komandasının qrupda həyata keçirəcəyi hədəfi də bölüşüb: "Biz qrupda birinci yeri tutmağı hədəfləməliyik. Xüsusən də qrupumuza Fransa yox, Xorvatiya düşərsə, belə olacaq".
saytlarin hazirlanmasi