"Milan" heyətini Kolumbiya millisinin üzvü ilə gücləndirmək istəyib.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, “rossonyerlər” Luis Diazı transfer etmək niyyətində olub.
Amma maliyyə çətinliyi səbəbindən “Milan” transferdən son anda imtina edib. 27 yaşlı futbolçu 2022-ci il yanvarın 30-da “Liverpul”la müqavilə imzalayıb.
O, 2027-ci il iyunun 30-a qədərdir. O, “Barrankilya”, “Atletiko Junior”, “Porto” komandalarında oynayıb.