Ukrayna millisinin sabiq qapıçısı Yuri Virt DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindən sonra ölkəsinin yığma komandasının D qrupunda Azərbaycan, İslandiya və Fransa - Xorvatiya cütündən biri ilə eyni qrupda yer almasını şərh edib.
Sportal.az "Tribuna"ya istinadən xəbər verir ki, veteran qolkiper millimiz haqda da danışıb:
"Hesab edirəm ki, İslandiya və Azərbaycan milliləri ideal variantdır. Bəzi loqistika problemləri var. Çünki millimiz daha uzun məsafəyə uçmalı olacaq. Ümumiyyətlə, biz onlara hörmətlə yanaşaraq bu rəqiblərin qarşısını almalıyıq".
50 yaşlı veteran qolkiper “Lvov”, “Metallurq”(Donetsk), “Şaxtyor”, “Borisfen” klubları, həmçinin Ukrayna millisinin qapısını qoruyub.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin oyunlarına sentyabrda start veriləcək.
saytlarin hazirlanmasi