"River Pleyt" və Kolumbiya millisinin hücumçusu Migel Borxa Rusiyaya yollana bilər.
Sportal.az Argentina mətbuatına istinadən xəbər verir ki, Argentina klubunun forvardına Avropanın iddialı klublarından da təkliflər var.
ÇSKA(Moskva) klubu isə Borxanı heyətinə qatmaq üçün artıq danışıqlara start verib. Moskva təmsilçisinin rəsmiləri “River Pleyt”in hücumçusunu yola gətirmək üçün ona istədiyi maaşı ödəmək niyyətindədir. Kolumbiyalının ÇSKA-da oynamaq variantına müsbət yanaşdığı iddia edilir.
Borxa 2022-ci ildən “River Pley” klubunda oynayır. Onun müqavilə müddəti 2025-ci il dekabrın 31-nə qədərdir. O, karyerası ərzində “Kukuta Deportivo”, “Kortulua”, “Livorno”, “Santa-Fe”, “Atletiko Nasyonal”, “Palmeyras”, “Qremio”, “Atletiko Junior” komandalarında çıxış edib.
saytlarin hazirlanmasi