Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Saşa Boe növbəti dəfə sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu sol ayaq topuğundan zədələnib. Onun yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, "Bavariya" Saşa Boeni ötən ilin yanvar ayında "Qalatasaray"dan transfer edib. 24 yaşlı arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi