"Arsenal" heyətini qolkiperlə gücləndirməyi planlaşdırır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Atalanta"nın qapıçısı Marko Karneseçi London klubunun transfer siyahısındadır.
24 yaşlı futbolçunun özü də "Arsenal"da oynamağa maraqlıdır. Transferin yayda reallaşacağı gözlənilir.
Karneseçi bu mövsüm 21 oyunda 21 qol buraxıb, 9 matçda isə qapısını toxunulmaz saxlayıb. Onun “Atalanta” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
"Trapani", "Kremoneze" və İtaliyanın U-21 yığmasının qapısını qoruyub.
saytlarin hazirlanmasi