PSJ-nin müdafiəçisi "Qalatasaray"a keçməyə yaxındır

20:16 - 17 Dekabr 2024

PSJ-nin müdafiəçisi Milan Şkrinyar karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" slokakiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

PSJ yüksək maaşı olan Şkrinyarı yanvar ayında satmağı və ya icarəyə verməyi planlaşdırır.

Türkiyə klubu artıq ilkin təmaslara başlayıb. 29 yaşlı mərkəz müdafiəçisi "Qalatasaray"da oynamağa isti yanaşır. İstanbul təmsilçisi qış transfer pəncərəsi zamanı oyunçunun maaşının yarısını ödəmək şərti ilə onu icarəyə götürmək niyyətindədir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Milan Şkrinyar ötən ilin yayında "İnter"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçib. Slovakiya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb. Təcrübəli futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına kimidir və onun illik maaşı 7 milyon avrodur.

Xəbər xətti