"Fənərbaxça" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Əl-Nəsr"də çıxış edən Aymerik Laportdur. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Fənərbaxça" İspaniya millisi ilə Avro-2024-ün qalibi olmuş futbolçunu yanvar ayında heyətinə qatmaq istəyir. Türkiyə klubunun idman direktoru Mario Branko transferlə bağlı fəaliyyətə başlayıb.
Qeyd edək ki, "Əl-Nəsr" Aymerik Laportu ötən ilin yayında "Mançester Siti"dən transfer edib. 30 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi