"Bu cür qrupdan çıxmaq Azərbaycan millisi üçün möcüzə olar"

15:22 - 19 Dekabr 2024

"Azərbaycan millisi çətin qrupa düşüb. Rəqiblərin hamısı güclüdür. Püşkatma Azərbaycan millisi üçün uğursuz alındı. Digər tərəfdən anlayırsan ki, hər bir rəqibə qarşı ciddi, məsuliyyətli, komplektləşmiş vəziyyətdə hazırlaşmaq lazımdır. Hər oyunda sona qədər mübarizə aparmaq lazımdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında Deni Qaysumov deyib.

Azərbaycan millisinin veteran futbolçusu yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsində yer aldığı qrupdakı şanslarından danışıb. Onun sözlərinə görə, milli komandamız üçün Fransa, yoxsa Xorvatiyanın düşməsinin fərqi yoxdur:

"Bu cür qrupdan çıxmaq Azərbaycan millisi üçün möcüzə olar. Ona görə də vəziyyətə real yanaşmaq lazımdır. Amma futbolçularımızın millidə oynamağa layiq olduğunu sübut etməsi üçün yaxşı şansı yaranıb. Millətlər Liqasında da iştirak edəcəyik. Millimizin orada bərpa olunaraq, seçmə mərhələsində layiqli oynaması üçün yaxşı imkandır. Ukrayna və İslandiyaya qarşı çətin olacaq. Digər rəqibin Fransa və ya Xorvatiya olmasının isə fərqi yoxdur. Bu, prinsipial məsələ deyil. Hər halda, bu cür komandalara qarşı oynamaq həmişə maraqlıdır".
 

Xəbər xətti