Futbol üzrə Azərbaycan 2-ci Liqasında 13-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Şəmkir" doğma meydanda "Lerik"i qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 19-a yüksəldən "Şəmkir" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Lerik" isə 13-cü yerdədir.
"Şəmkir" - "Lerik" 4:1
Qollar: K.Əhmədli, 13, S.Abbasov, 16, V.Cəfərov, 57, R.Şahmuradov, 81 - Z.Axundzadə, 25