"Bavariya" Almaniya millisinin üzvü və "Bayer"(Leverkuzen) klubunun futbolçusu Florian Virtsi transfer etmək istəməyib.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubu Virts uğrunda uzun müddət mübarizə aparıb. Amma Leverkuzen klubunun yüksək təzminat tələb etməsindən sonra ondan vaz keçib.
"Bavariya" "Leyptsiq"də çıxış edən Xavi Simonsla danışıqlara başlayıb.
21 yaşlı niderlandlının özü də Almaniyada klubunu dəyişməyi planlaşdırır.
O, müqavilə ilə 2027-ci il iyunun 30-na qədər PSJ-yə məxsusdur.
saytlarin hazirlanmasi