Bu ölkədə ilin futbolçusu açıqlandı

11:49 - 18 Dekabr 2024

Serbiyada ilin futbolçusu adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu ada Duşan Vlahoviç layiq görülüb.Bu barədə Serbiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu bu mövsüm Turin təmsilçisinin heyətində 20 oyuna çıxıb, 12 qol vurub və 2 asist edib. O, Serbiya millisinin heyətində isə AVRO-2024-də 3 oyun keçirmişdi.

Xəbər xətti