Türkiyəli "Mançester Yunayted"i tərk edəcək, Avropada qalacaq

13:35 - 19 Dekabr 2024

Türkiyə millisinin və "Mançester Yunayted"in qolkiperi Altay Bayındır komandadan ayrılmağa yaxındır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, türkiyəli bu barədə klub rəhbərliyinə də məlumat verib. O, oyun praktikasından əziyyət çəkdiyi üçün bu addımı atmaq niyyətindədir.

"Mançester Yunayted" isə Altayın əvəzinə komandaya cəlb edəcəyi qolkiperin kimliyini də müəyyənləşdirib. Belə ki, Altay komandanı tərk edərsə, "Botafoqo"nun üzvü Con Viktorla müqavilə imzalanacaq. 

Bayındırın isə Avropada qalmaq istədiyi və hazırda gələn təklifləri nəzərdən keçirdiyi iddia edilir. 

 

Xəbər xətti