Almaniya millisinin üzvü "Mançester Siti"yə keçə bilər

11:10 - 19 Dekabr 2024

"Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" alman futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Mançester Siti" mövsümün sonunda Münhen klubu ilə müqaviləsi başa çatan 29 yaşlı orta xətt oyunçusunu pulsuz heyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, "Bavariya" Yozua Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 5 qol vurub.

Xəbər xətti