"Real"ın vingeri Vinisius Junior komanda yoldaşı Kilian Mbappe haqqında fikirlərini bölüşüb və komandadakı ab-havadan danışıb.
Sportal.az xəbər verir ki, “RMC Sport”a danışan braziliyalı Mbappe ilə bağlı bunları deyib:
"Mən Mbappenin böyük fanatıyam. “Real”a keçməmişdən əvvəl ona çoxlu mesajlar göndərirdim. Çünki həmişə onunla oynamaq arzusunda idim. Kilian əla futbolçudur. Uzun müddətdir ki, bir-birimizin oyun səviyyəsinə heyran olmuşuq. Bizim yaxşı komandamız var, hamı bir-birinə çox hörmət edir. Biz “Real”a hər zaman olacağı yerə çatdırmaq üçün gəlmişik".