"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş qış transfer pəncərəsi zamanı komandanı tərk edə bilər.
Sportal.az xəbər verir ki, mərakeşli vinger az oynadığı üçün ayrılmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Ziyeşlə maraqlanan klublar da var. Belə ki, "Benfika" və "AZ Alkmar" 31 yaşlı ön xətt oyunçusunu heyətinə qatmağa çalışır.
Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin yayında "Çelsi"dən transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi yayda başa çatır.
saytlarin hazirlanmasi