Azərbaycan çempionatı: ilin son oyunları baş tutdu

21:35 - 19 Dekabr 2024

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub. 

Sportal.az xəbər verir ki, bu gün Yüksək Liqanın IV turunda Bakıda iki, Gəncədə isə bir oyun keçirilib. 

İlk olaraq GİN-in Voleybol Mərkəzində meydana "Abşeron" və "Azərreyl" klubları çıxıblar. Gərgin keçən bu görüşdə "Abşeron" 3:1 hesabı ilə qələbə qazanıb. 

Növbəti oyun Gəncə İdman Sarayında baş tutub. Bu matçda meydan sahibi "Gəncə" klubu UNEC-i 3:0 hesabı ilə məğlub edib. 

Turun və ilin son qarşılaşması isə "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu oyunda 3:1 hesabı ilə “Milli Aviasiya Akademiyası” qalib gəlib.

Yüksək Liqa (qadınlar)
IV tur
19 dekabr 

“Gəncə” - UNEC 3:0 (25:8, 25:7, 25:11) 
“Abşeron” - “Azərreyl” 3:1 (18:25, 25:21, 25:17, 25:16)
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:1 (25:20, 23:25, 25:21, 25:19)

Xəbər xətti