AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 3-cü turunun təxirə salınmış "Şamaxı" - "Qarabağ" matçı ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
19 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında III turun “Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);
19 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında III turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
saytlarin hazirlanmasi