“Qarabağ”la görüşdə yanaşmamız yaxşı idi. Meydanda yaxşı mübarizə apardıq. Bəli, qol da vurduq. Amma qeydə alınmadı. Hətta ondan sonra başımızı dik saxlayaraq oyunumuzu oynaya bildik. Sadəcə “Qarabağ” çempionatımızda ən yüksək büdcəyə malik komandadır. Ona görə də ən güclü komandadır. Lakin digər komandalarla oyuna çıxdığımız kimi, bu da üç xallıq oyundur. Hansı oyun olursa-olsun, eyni motivasiyaya sahib olmalıyıq”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Şamaxı”nın qapıçısı Rikardo Fernandeş deyib.
Bölgə klubunun qolkiperi Misli Premyer Liqasının 3-cü turdan təxirə salınmış “Qarabağ”la oyunundakı məğlubiyyəti şərh edib. O, son dəqiqələrdə Musa Qurbanlının vurduğu qolun qarşısını ala bilməməsi haqda bunları deyib:
“Zona verməməli olduğumuz anlar idi. Amma biz də onu verdik. Həmin dəqiqələrdə aqressiv olmalı və rəqibin topa toxunmasına imkan verməməliydik. Həmin vaxtda yüksək keyfiyyətli oyunçulara qarşı işiniz daha da çətinləşir. Təəssüf ki, son dəqiqələrdə qol buraxıb uduzduq. Halbuki daha yaxşı nəticə mümkün idi”.
“Şamaxı” bu ilin son görüşündə “Sabah”la qarşılaşacaq. Fernandeş həmin oyundan gözləntilərini açıqlayıb:“Qış fasiləsindən əvvəl növbəti çətin oyunumuz olacaq. Rəqibimiz isə oyununu və nəticələrini yaxşılaşdıran komandadır. Matça aqressiv və düzgün münasibətlə çıxmalıyıq. Çünki çətin görüş olacaq. Uğurlu nəticə üçün çalışacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi