"Sevilya"nın baş məşqçisi "Qarabağ"ın forvardı haqda: "Onun çox qol vurduğunu bilirəm"

17:46 - 21 Dekabr 2024

İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xavyer Qarsia Pimienta La Liqada “Real”la keçiriləcək oyun haqda danışarkən “Qarabağ”ın hücumçusu Juninyonu transfer etmək ehtimalına da toxunub.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Əndəlusiya klubunun baş məşqçisi “Qarabağ”ın frovardının mümkün keçidini bu cür şərh edib:

“Juninyo? Bu futbolçu, bildiyim qədərilə çoxlu qollar vuran və “Qarabağ”ın hücumçusudur. Onun klubu ilə qüvvədə olan müqaviləsi var. Hələ çox vacib çempionat matçımız qalıb. Sonra tətilə gedəcəyik. Bundan sonra heyəti dəyərləndirmək üçün tam bir ay vaxtımız olacaq. Bizim gücləndirmək istədiyimiz bir mövqe var. O da komandaya ampluaca hücumçu gətirməkdir. “.

Xəbər xətti