İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Ruben Diaş sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.
Portuqaliyalı mərkəz müdafiəçisi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Siti" Ruben Diaşı 2020-ci ilin sentyabr ayında "Benfika"dan transfer edib. 27 yaşlı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində 19 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi