U-19 millimiz Niderlanda məğlub oldu

09:25 - 7 Sentyabr 2024

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib

Sportal.az xəbər verir ki, U-19 hazırlıq çərçivəsində Niderlandın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Niderland seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan milli komandası toplanış çərçivəsində iki gün əvvəl Şotlandiya ilə yoldaşlıq görüşündə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. U-19 sentyabrın 9-da Uels yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Xəbər xətti