Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

13:42 - 17 May 2024

Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü konqresindən öncə UEFA-nın prezidenti Aleksander Çeferinlə AFFA-nın prezidenti Rövşən Nəcəf arasında görüş keçirilib.

Sportal.az xəbər verir ki, görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.

Xəbər xətti