Fatih Terim istefaya göndərildi

12:16 - 17 May 2024

Yunanıstan Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Panatinaikos" Fatih Terimlə yollarını ayırıb. Bu barədə türk mütəxəssis öz sosial şəbəkə hesabında məlumat verib.

Terimlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Fatih Terim ötən ilin dekabr ayında "Panatinaikos"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super liqada 4-cü pillədədir. "Ağ-yaşıllar" ölkə kubokunda isə finala yüksəlib.

Xəbər xətti