Alleqri davranışlarına görə istefaya göndərildi - RƏSMİ

20:21 - 17 May 2024

İtaliya A Seriyasında mövsümün bitməsinə iki tur qalmış baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Yuventus" Massimiliano Alleqri ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssisin istefaya göndərilməsinin səbəbi ölkə kubokunun final görüşü zamanı və oyundan sonra “Yuventus”un dəyərlərinə və onu təmsil edənlərin qəbul etməli olduğu davranışlara uyğun gəlməyən bəzi davranışlar göstərilib.

Qeyd edək ki, 56 yaşlı məşqçi "Atalanta" ilə matç zamanı hakimin qərarına sərt etiraz edərək gödəkcəsini cırıb, daha sonra dördüncü hakimin üzərinə hücium edib. Alleqri həmçinin, oyundan sonra jurnalisti hədələyib.


Xəbər xətti