Millimizin təlim-məşq toplanışı üçün heyəti açıqlandı

17:57 - 24 İyul 2024

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Sportal.az xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində Belarus yığması ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.

Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısını təqdim edirik:

Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.

Xəbər xətti