"Turan Tovuz"dan ayrılan futbolçu "Araz-Naxçıvan"a keçə bilər

11:59 - 26 İyul 2024

“Turan Tovuz”dan ayrıldıqdan sonra klubsuz qalan Slavik Alxasovun xidmətində maraqlı olan komandalar var.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçini istəyən klublardan biri “Araz-Naxçıvan”dır. Naxçıvan təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmağı planlaşdırır.

Transferin baş tuta biləcəyi gözlənilir. 31 yaşlı futbolçu “Neftçi”, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə”, “Sabah”, “Zirə” klublarında oynayıb.

Xəbər xətti