"Barselona"nın futbolçusu zədələndi

16:43 - 24 İyul 2024

Yeni mövsümə hazırlaşan "Barselona"nın heyətində itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati sıradan çıxıb. Bu barədə klubun mətbuat ixdməti məlumat yayıb.

21 yaşlı vinger komandanın məşqi zamanı ayağından zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayldacağı müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki. Ansu Fati ötən mövsüm icarə əsasında "Brayton"da çıxış edib. İspaniyalı ön xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti