"Mançester Siti"nin müdafiəçisi "Borussiya"ya keçir

10:46 - 25 İyul 2024

"Borussiya"nın(Dortmund) yeni müdafiəçi transferinə hazırlaşır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, söhbət "Jirona"nın 22 yaşlı futbolçusu Yan Koutodan gedir.

"Mançester Siti"yə məxsus olan futbolçu üçün 30 milyon avro tələb olunub.

"Borussiya" da həmin məbləği ödəyərək Koutonu heyətinə qatacaq.

Ötən mövsüm 38 matçda iştirak edən braziliyalı 2 qol vurub, 10 asistlə yadda qalmışdı.

"Mançester Siti” onu 4 il əvvəl "Koritiba"dan 6 milyon avroya transfer etmişdi. Kouto 2025-ci il iyunun 30-na qədər "Mançester Siti"yə məxsusdur. O, "Koritiba" və "Braqa"da da oynayıb.

Xəbər xətti