"Fənərbaxça" Türkiyə futbolu tarixinin ən bahalı transferini həyata keçirdi - RƏSMİ

17:13 - 25 İyul 2024

"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"dan Yussef En-Nesirini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça" mərakeşli futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Sarı-lacivərtlilər" bu keçid üçün İspaniya klubuna 19,5 milyon avro təzminat ödəyib. Bu, Türkiyə futbolu tarixində rekord məbləğdir.

Qeyd edək ki, "Sevilya" Yussef En-Nesirini 2020-ci ilin yanvar ayında "Leqanes"dən transfer edib. 27 yaşlı hücumçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti