"Real"ın sabiq futbolçusu IV Liqa klubunda

17:20 - 24 İyul 2024

"real"ın sabiq futbolçusu Xose Kalyexon karyerasını aşağı liqada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 37 yaşlı vinger "Marbelya"ya keçib. Bu barədə IV Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin sabiq üzvü yeni klubu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Xose Kalyexon karyerası ərzində "Real"la yanaşı, "Espanyol", "Napoli", "Fiorentina" və "Qranada"nın formasını geyinib.

Xəbər xətti