"Karvan"dan ayrılan futbolçunun yeni klubu məlum oldu

14:57 - 26 İyul 2024

I Liqada mübarizə aparacaq “Qaradağ Lökbatan” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, komanda ötən mövsümü “Karvan”da keçirən Ceyhun Muxtarlı ilə anlaşıb. Oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Ceyhun daha əvvəl 2021/22 mövsümündə “Qaradağ Lökbatan”la I Liqada çempion olub.

Xəbər xətti