Almaniya millisinin üzvünə Səudiyyə Ərəbistanından təklif

17:41 - 24 İyul 2024

"Real"ın müdafiəçisi Antonio Rüdiger karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-İttihad" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Ərəblər 31 yaşlı mərkəz müdafiəçisinə illik 12-13 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti