Krunoslav Renduliç: "Yenə də "Makkabi"ni favorit sayıram"

00:00 - 26 İyul 2024

"Sabah" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Makkabi"yə 3:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Hər şeydən əvvəl futbolçularımı təbrik edirəm. Onlar yaxşı oynadılar. Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Çünki "Makkabi" əla komandadır. Hələ heç nə həll olunmayıb. 

Biz sadəcə bir oyun keçirmişik. Cavab görüşü var. Konsenteasiyanı saxlamaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Maksimumu verməli olduğumuzu demişdim. Nə olacaqsa, olacaq. Yenə də "Makkabi"ni favorit sayıram. Amma bunu meydanda göstərmək lazımdır".

Xəbər xətti