Fransa millisinin üzvü "Real"da qalacaq

19:58 - 26 İyul 2024

"Real"ın müdafiəçisi Ferlan Mendinin klubdakı gələcəyi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi fransalı sol cinah müdafiəçisini komandada saxlayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

29 yaşlı arxa xətt oyunçusunun müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi uzadılacaq. Artıq tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, "Real" Ferlan Mendini 2019-cu ilin yayında "Lion"dan transfer edib. Fransa millisinin üzvü ötən mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun hazırkı sözləşməsi gələn ilin yayında başa çatır.

Xəbər xətti