"Neftçi"də yeni baş məşqçi Roman Qriqorçukdan ilk narazılıq yaranıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, ukraynalı çalışdırıcının gündəlik iş üslubu əksər futbolçuların ürəyincə deyil.
Onların giley-güzarı artıq redaksiyamıza çatıb. Nədən şikayətçidirlər?
Qriqorçuk Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı davamlı şəkildə iclaslar təşkil edir. Hər gün 3 dəfə toplantı zalına yığışmaq komanda üzvlərinə bezdirici gəlir.
Belə ki, mütəxəssis səhər və günorta 40 dəqiqə, axşam isə 30 dəqiqə iclas edir. Gün ərzində üst-üstə 1 saat 10 dəqiqə yığıncaq futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir göstərməkdədir.
Sabiq "Qəbələ"li bütün bunlar azmış kimi, kollektivin hər fərdinə "mənim söylədiklərimi əzbərləyin, kim dediklərimi yaddan çıxarsa, məndən inciməsin" kimi xəbərdarlıq eləyib.
saytlarin hazirlanmasi