"Sumqayıt"ın rəqibinin uçuşu gecikdi: Məşqə çıxmayacaqlar

15:18 - 24 İyul 2024

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan Macarıstanın "Fehervar" klubu oyunqabağı məşqə çıxmayacaq.

Sportal.az "Sumqayıt"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Macarıstan klubunun Bakıya uçuşu gecikdiyi üçün komandanın nəzərdə tutulmuş oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv olunub.

"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən qeyd olunmuş vaxtda baş tutacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və oyuna 20:00-da start veriləcək.

Xəbər xətti