Danimarka millisinin üzvü "Qalatasaray"da - RƏSMİ

11:42 - 26 İyul 2024

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Kopenhagen"dən Elias Jelerti transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 21 yaşlı futbolçu üçün onun klubuna 9 milyon avro təzminat ödəyib. Gənc oyunçu "Qalatasaray"la 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, "sarı-qırmızılar"da 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Elias Jelert "Kopenhagen"in yetirməsidir. Danimarka millisinin üzvü ötən mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti